Mühafizə şirkətinə əmanət etdiyi villanı filmdə görüb tanıdı

Başqa şəhərə köçdüyü üçün mühafizə xidmətinə villasını əmanət edən qadın sonradan baxdığı filmdə öz evini tanıyıb. Məlum olub ki, agentlik onun evini film çəkilişləri üçün kirayə verib.
“Shanghai Observer”in məlumatına görə, hadisə Çinin Çjetszyan şəhərində yaşanıb.
Məlumata görə, Lin soyadlı qadın “Mən və uşaqlarım” serialına baxarkən villasının interyerini tanıyıb. Qadın dərhal evinə gedib. Gördüyü mənzərə isə onu dəhşətə salıb: mebellər və lift sınıb, bəzi xalçalar yoxa çıxmışdı.
Çinli qadın rieltor agentliyini və film şirkətini məhkəməyə verib.
Linin sözlərinə görə, “Ningbo New Shanghai International Property Company” ilə bağlanan müqaviləyə görə, təşkilatın nümayəndələri binanı ancaq fövqəladə hallarda və ya qadının xahişi ilə ziyarət edə bilərdilər.
Məhkəmə zamanı daha maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, firma daha bir neçə serial heyəti ilə razılığa gəlib.
Lin təzminat kimi 3 milyon yuan (təqribən 727 779 AZN) təzminat tələb edir.
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO












