“Namusumla işləyib ailəmə baxıram” - Günayın keçmiş əri - FOTO

“Bu iş mənim uşaqlıq xəyalım idi. Oyuncaqlarımın əksəriyyəti yük maşını olub. Sosial şəbəkələrdə mənə yazırlar ki, sürücü oldun? Namusumla işləyib ailəmə baxıram. Amerikaya aktyor olmaq üçün yox, özümə yeni bir həyat qurmaq üçün gəlmişəm”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri model Günay Musayevanın eks-əri, aktyor Tolqa Karel deyib. O, Türkiyə KİV-nə danışaraq Amerikada sürücü işləməsindən söhbət açıb: “Mən yük daşıma sektorunda böyümək istəyirəm. Bu sahəni öyrənmək üçün işə başlamışam. Sürücü olmaq üçün 14 ayrı testdən imtahan vermişəm, Fiziki və psixoloji müzakirələrdə iştirak etmişəm. Pilot qədər çətin bir vəzifədir. Evdən çox uzaq məsafələrə gedirəm. Milyon dollarlıq yüklər daşıyıram, riskdir, amma edirəm”.
Qeyd edək ki, 2016-cı ildə Sarah Skotti ilə ailə quran Karelin bu nikahdan Mia adlı qızı var. O daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onların Cihangir adlı bir oğlu var.


Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












