Narkoman gənc oğurladığı əşyaları taksi ilə daşıdı - VİDEO

Abşeron rayonunda oğurluq hadisəsi baş verib. Ceyranbatan qəsəbə sakini Nurlan Əmirli Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qəsəbədə yerləşən ona məxsus yarımtikilidən 900 manat dəyərində tikinti materialları oğurlanıb. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Müstəntiq Xəyyam Rüstəmovun sözlərinə görə, saxlanılan Roman Qasımov əvvəllər də oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.
Roman Qasımov: "Getdim, içkili idim. Bir az da narkotik istifadə etmişdim, ev idi, pəncərədən daxil oldum".
Əvvəllər iki dəfə oğurluğa görə məhkumluq həyatı yaşayan Roman Qasımov təmir-tikinti alətlərinin hamısını bir araya yığdıqdan sonra taksi çağırıb: "Götürdüm taksiyə qoydum, gətirdim 8-in bazarına. Gördüm biri drel axtarır, dedim, məndə var. Soruşdu oğurluq deyil? Dedim, yox, özümündü. Razılaşdıq, satdım ona».
Roman bütün bu əməlləri narkotikə olan tələbatını ödəmək üçün törətdiyini bildirib. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları onun digər cinayət əməllərinin olduğunu da istisna etmir. Faktla bağlı araşdırma aparılır.
APA TV
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












