NASA-nın alimləri: Yerdə həyatın yaranmasında...

Yerdə həyatın yaranmasında Ayın böyük rolu olub. ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında Ayın böyük rolu olub. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, NASA-nın astrobioloji təşəbbüsünün iştirakçısı, alimlərdən ibarət qrupun rəhbəri, kimyaçı Stiven Benner deyib: "Ulduzlararası məkanda böyük üzvi maddələr ehtiyatı Günəş sisteminin yaranmasında iştirak edib, lakin onların Yerdə ilk "həyat kərpiclərinin" formalaşmasında heç bir rolu olmayıb. Üzvi maddələr kosmosun hər yerində var. Məsələn, Qalaktikanın mərkəzinə baxsaq görərik ki, həyatın yaradıcısı sayılan formaldehid və sianidin olduğu bir neçə dumanlıq mövcuddur. Biz şübhə etmirik ki, Yerin də formalaşmasının ilk anında da bu maddələrin iştirakı olub. Amma onların planetimizdə həyatın yaranmasında rolu olmayıb".
Bu gün alimlər hesab edirlər ki, Yerin və Günəş sisteminin digər planetlərinin yaranması bir neçə on və ya yüz milyonlarla il davam edən kosmik boşluqda olan nəhəng qaz buludlarının içərisində baş verib. Onun daxilində sıxılmalar nəticəsində əvvəlcə Günəş, sonra isə planetlər yaranıb. Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında isə əsas rolu Ay oynayıb. Məsələ bundadır ki, Ay Günəş sisteminin yaranmasından yüz milyonlarla il sonra Yerin Mars böyüklükdə nəhəng protoplanet cismi ilə toqquşmasından sonra yaranıb.
S.Benner əlavə edib ki, bu toqquşma nəticəsində Yer demək olar ki, əriyib. Hətta ulduzlararası molekulların bir hissəsi bu prosesdə xilas olsalar belə, toqquşmanın yaratdığı temperaturda heç bir üzvi maddə yaşaya bilməzdi. Digər tərəfdən, Yerdə həyat "yerli" sadə üzvi molekullarının formalaşması məhz Ayın gətirdiyi digər mühüm maddələr hesabına mümkün olub. İlk növbədə, Yerin təbii peyki gənc planetimizin atmosferini daha az "turş" edib və bunun nəticəsində ammiak, hidrogen, karbon qazı meydana gəlib. Bütün bunlar göstərib ki, həmin maddələr həm ulduzlararası məkanda, həm də Yerdə mövcud ola bilər. Eyni zamanda, sonralar asteroidlər və kometalar da Yer kürəsinə üzvi maddələr gətiriblər ki, bu da planetimizdə təkamül proseslərinə təkan verib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












