NASA uzaq kosmos üzrə xarici tərəfdaşlarla birgə çalışacaq

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) gələcək planlarının reallaşdırılması üçün xarici dövlətlərdə və Amerikada fəaliyyət göstərən özəl sektorlarla əməkdaşlıq etmək niyyətindədir. Bu barədə NASA rəhbərinin idarəolunan proqramlar üzrə yeni müavini Keti Lidersin müəllif şərhində deyilir.
“Kosmosun tədqiqatı komanda idman növüdür. Kainat böyükdür və bizim komandada bütün oyunçulara yer çatar. Günəş sistemində insan iştirakının miqyasının genişləndirilməsi bütün aspektləri əhatə edən birgə səylərdən asılıdır. Elmi və ya texnoloji sahələrdə, NASA-da, özəl sektorda və ya digər ölkələrdə çalışmağımızdan asılı olmayaraq, yalnız birgə fəaliyyət göstərməklə böyük nailiyyət əldə edə bilərik”, - Keti Liders NASA-nın “Artemis” ay proqramına həsr olunan rəsmi bloqunda belə yazıb.
Dörd ildən sonra insanı Aya çatdıra biləcək yeganə kosmik gəminin ABŞ-da hazırlanan SLS (Space Launch System) və “Orion” olduğunu vurğulayan NASA nümayəndəsi Ay ətrafında ekipajla birgə ilk uçuş sınağının 2023-cü ildə keçiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ “Gateway” ayətrafı stansiyasını xarici tərəfdaşlarla birgə hazırlamaq istəyir. Bu stansiya dayanıqlı Ay əməliyyatları, həmçinin Günəş sisteminin, o cümlədən Marsın tədqiqi üçün mühüm rol oynayacaq.
2019-cu ilin yazında NASA üç etapdan ibarət “Artemis” Ay proqramı layihəsini elan edib. Birinci mərhələdə “Orion” kosmik gəmisi SLS raketi ilə birgə ay ətrafında pilotsuz uçuş həyata keçirəcək və Yerə qayıdacaq. İkinci mərhələdə kosmik gəmi ekipajla birgə Yerin təbii peyki ətrafında dövrə vuracaq. Üçüncü mərhələ isə 2024-cü ildə astronavtların Aya enməsini və təxminən 2030-cu illərin ortalarında Marsa idarəolunan kosmik gəmi göndərilməsini nəzərdə tutur. (AZƏRTAC)
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO












