Navaxo hindularından kosmosa İSMARIC

1960-cı illərin əvvəlində NASA Aya kosmonavt göndərmək üçün hazırlıqlara başlayıb. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, bu vaxt məşqlər Arizona səhrasında aparılıb. Ərazi navaxo hindularının yaşadığı yerə yaxın olub. Bir dəfə yaşlı bir hindu oğlu ilə qoyun otarırmış və məşq edən komanda ilə rastlaşıb. Qoca ancaq öz dilində bilirdi və ingilis dilini bilən oğlundan soruşur: "Böyük ağ kostyumlu adamlar burada nə edir?"
Komanda üzvlərindən biri Aya uçuşa hazırlaşdıqlarını ona deyir. Qoca isə Aya ismarıc göndərib göndərə bilməyəcəyini soruşur. NASA əməkdaşları yaxşı reklam olduğunu düşünərək razılaşırlar. Onlar qoca çobana maqnitofon verirlər və o da öz növbəsində navaxo dilində qısa cümlələr deyir. Sonradan NASA nümayəndələri digər navaxo hindularına bu səs yazısını dinlətirlər və tərcüməsini istəyirlər. Amma onlar bunu ingilis dilinə tərcümə etməkdən boyun qaçırırlar. Sonradan NASA nümayəndələri məşhur professor linqvistə müraciət edirlər. Alim hindu dilləri üzrə mütəxəssis idi. O, səs yazısını dinləyir və gülərək tərcümə edir: "Salam Ay qardaşları! Bu insanlara və onların hər iki gözünə diqqət yetirin. Onlar sizin torpağı işğal etməyə gəliblər!"
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












