Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb - FOTO

Cəlilabad rayonunun Alar kənd sakini Afəddin Mirzəyevin həyətyanı torpaq sahəsində təsərrüfat quyusu qazılarkən yerin iki metr dərinliyindən yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb.
Yeni maddi mədəniyyət nümunələri əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqarından ibarətdir. Tapıntılar arasında təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.
XI-XII əsrlərə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir.
Tarixçi Ələsgər Mirzəzadə yeni tapıntıların orta əsrlərdə dulusçuluq sənətinin inkişafından xəbər verdiyini bildirib: “Qazılan yerdə yanıq izləri və kül görünür. Ətrafında qum dənələri, qum külü var. Çox güman ki, bu qum külü saxsı qaba qatmaq və onu möhkəmləndirmək üçün istifadə olunub.”
Mütəxəssislərin fikrincə, tapıntıların araşdırılması orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı yeni mədəniyyət nümunələri haqqında danışarkən deyib: “Ola bilsin ki, vaxtilə bu ərazidə saxsı qablar hazırlanıb və ya İslamaqədərki dəfn mərasimləri təşkil olunub. Hər halda, bu cür tapıntıların araşdırılması yeni məlumatların əldə olunması baxımından da vacibdir.”
Qeyd edək ki, yeni tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur. (AZƏRTAC)


Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO










