Odisseyin gəmisi tapıldı? - VİDEO

Təxminən 2400 il əvvəl qəzaya uğrayaraq batan gəminin qalıqları aşkarlanıb. Qalıqlaq Bolqarıstanın Varna şəhərinin sahillərindən 80 km aralıda, Qara dənizin dibindədir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Qədim Yunanıstandakı şəhər-dövlətlərdən birinə məxsus olmuş 23 metrlik gəminin qalıqlarını "The Black Sea Maritime Archaeology Project"in tərkibindəki axtarış qrupu tapıb. Gəmi dənizin dibində, oksigenin çox az olduğu mühitdə olduğundan yaxşı qalıb. Tapındı qədim yunan dənizçilərinin və tacirlərin Elladadan nə qədər uzaq məsafələrə səfər etdiklərini göstərir. Üstəlik, gəmi, hazırda Britaniya Tarix Muzeyində saxlanan və "Sirena vazası" adlanan amforanın üzərindəki mozaikanadakı gəminin təkrarıdır. Amforanın üzərində sirenaların səsindən qorunmaq və onlara aldanıb dənizə atılmamaq üçün dor ağacına bağlanmasını əmr etmiş Odisseyin rəsmi var. 12 avarlı bu gəmi Homerin "Odisseya" epik poemasının qəhrəmanı çar Odisseyin gəmisi də ola bilər. Hər halda ekspertlər bunu istisna etmirlər. Gəminin qalıqları 2 km dərinlikdədir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












