Ölümü ələ salan velosipedçi - VİDEO

Velosiped onun üçün sadəcə nəqliyyat vasitəsi deyil, həm də adrenalin mənbəyidir. İtaliyada 34 yaşlı bir velosipedçi öz çıxışı ilə ətrafdakıların diqqətini çəkir. Çoxları onun təhlükəli fəndlərini intihara təşəbbüs kimi qiymətləndirsə də, o sadəcə velosiped idarə etməkdə hər kəsdən bacarıqlı olduğunu nümayiş etdirməyə çalışır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Vittorio Brumotti uşaqlıqdan velosiped sürməklə məşğuldur. Amma illər keçdikcə, o öz sevimli nəqliyyat vasitəsilə adrenalinin sərhədlərini yoxlamağa başlayıb. Qayalıqda 20 metr hündürlükdə velosipedi təkər qalınlığındakı məhəccər üzərində sürən Vittorionun səhv etmək şansı yoxdur, elə yıxılacağı təqdirdə sağ qalmaq ehtimalı da. Əksər adrenalin həvəskarı ölüm təhlükəli çıxışları gerçəkləşdirən vaxt, qorxu amilini məğlub etməyin önəmli olduğunu vurğulayıb. Viitorio isə bunun əksini düşünür. Deyir ki, onu 20 metr hündürlükdə ölümdən qoruyan elə qorxu hissidir. Qorxu olmasa, o səhvə yol verər. Bu səhvi düzəltmək ehtimalının olmadığını o da gözəl başa düşür. Dünyanın ən bacarıqlı insanlarından biri kimi qiymətləndirilən italiyalı yeni çıxışlara hazırlaşdığını da deyib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












