“Parker” kosmik zondu Yerə ulduz tacının fotoşəkilini göndərib

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) kosmosa göndərdiyi “Parker Solar Probe” zondu Yerə ulduz tacının fotoşəkilini göndərib. Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, Günəşin orbitinə rekord məsafədə yaxınlaşan kosmik zond topladığı informasiyaları planetimizə göndərir. Ulduz tacının fotoşəkilində Günəşin kosmik məkana atdığı plazmanın aydın təsviri var. Şəkildəki parlaq ləkə isə Yupiter planetidir. Kosmik aparat bu fotoşəkili noyabrın 8-də Günəşin səthindən 27,2 milyon kilometr məsafədə çəkib. Çəkiliş zamanı kamera istilikdən mühafizə ekranının altında yerləşib.
“Parker” kosmik fəzaya bu ilin avqustunda göndərilib. Bu missiyanın əsas məqsədi tarixdə ilk dəfə olaraq Günəşin orbitinə daxil olmaqdır. Kosmik zond, həmçinin Venera planetinə 7 dəfə yaxınlaşacaq ki, bu da onun sürətini saniyədə 200 kilometrə qədər artıracaq. Günəşə ən yaxın məsafəyə isə 2024-cü ilin dekabrında çatmaq mümkün olacaq. “Parker”in ölçüsü kiçik avtomobil qədərdir və 3D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla, həmçinin Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün xüsusi avadanlıqla təchiz olunub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












