Piyadanı maşın vurdu; qohumları qəza törədən maşını əzdilər – FOTO

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Günel Mübariz qızı Manafovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil hava limanı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada İsmayıl İsmayılovu vurub. Günel Manafova avtomobili qəfildən saxladığı üçün arxadan gələn və Səxavət Razim oğlu Quliyevin idarə etdiyi "Runna" markalı avtomobil "Mitsubishi"yə arxadan çırpılıb. Ağır kəllə-beyin travması və qolundan sıyrıq xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına çatdırılan İsmayıl İsmayılovun həyatını xilas etmək mümkün olub. Hadisə şahidlərinin sözlərinə görə yaralının yaxınları qəza baş verəndən sonra Günel Manafovaya məxsus avtomobilə təpiklə ziyan vurublar.
Hadisəsinin səbəbləri baş verməsi Nizami Rayon Polis İdarəsində araşdırılır.
Qeyd edək ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən anası ilə keçən İsmayıl İsmayılov 1-ci qrup əlildir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO

















