Polislərlə ayının qaçdi-qovdusu - VİDEO

Bu ayı belə getsə şəhərdə komendant saatı elan etdirəcək. ABŞ-ın Arizona ştatında yaşayış məskəninə daxil olan qonur ayı polisləri hərəkətə keçirib. Feniks şəhərində həyəcana səbəb olan yırtıcını yaxalamaq üçün onlarla polis maşını bölgəyə göndərilsə də, əyripəncəni tutmaq mümkün olmur ki, olmur. Saatlarla davam edən qaçdı qovdu əkin sahələrindən birində müvəqqəti yekunlaşıb. Bütün cəhdlərə baxmayaraq yırtıcını mühasirəyə ala bilməyən asayiş keşikçiləri hərdən ayının izini də itirib. Ağacların arasında gözdən itən yırtıcının yerini əraziyə cəlb olunan helikopter vasitəsilə tapmaq mümkün olub. Bununla belə, polislərin gəlib-gəlmədiyini anlamaq üçün tez-tez ətrafa göz gəzdirən ayı sonadək qaçmağa müvəffəq olub. Ayını yaxalaya bilməyən, bununla belə yırtıcını qovaraq insan məskənindən uzaqlaşdıran polislər axtarışları müvəqqəti dayandırıb. Polislər, insanlardan qorxub qaçan yırtıcının geri dönməyəcəyinə ümid edir. Dİgər tərəfdən, bu ayı ilk göründüyü yerdə süstləşdirici iynə ilə zərərsizləşdiriləcək. Əlaqədar qurumlar ac qaldığı üçün insan məskəninə üz tutan ayını yaxalayacaqları təqdirdə uzaq ərazidə təbiət qoynuna buraxacaqlarını bildiriblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












