Qaçış həvəskarları üçün vacib XƏBƏRDARLIQ

On kilometr qaçış zamanı bədən təxminən 8 min zərbə qəbul edir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə travmatoloq-ortoped Mixail Ryazantsev "Gazeta.ru"ya açıqlamasında bildirib.
O izah edib ki, qaçış texnikasındakı səhvlər və istirahət etmədən qaçmaq oynaqlarda zədələrin toplanmasına səbəb olur.
Həkimin sözlərinə görə, qaçış zamanı ağrı və ya narahatlıq yaranarsa, məşqi davam etdirmək olmaz.
Həddindən artıq fiziki yük bağların iltihabına, qığırdaq zədələnməsinə və baldır nahiyəsində ağrılara səbəb ola bilər. Qaçış zamanı Axilles vətərinə də böyük yük düşür və bu, bəzi hallarda vətərin qismən qopmasına gətirib çıxara bilər.
Mütəxəssis oynaqları qorumaq üçün düzgün qaçış texnikasından istifadə etməyi, uyğun idman ayaqqabısı seçməyi və məşqlə istirahəti növbələşdirməyi tövsiyə edib. Ağrı davam edərsə, travmatoloq-ortopedə müraciət etmək lazımdır.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












