Qadın DYP avtomobilində uşaq dünyaya gətirib - FOTO

Rusiyada qadın yol polisinin xidməti avtomobilində uşaq dünyaya gətirib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə ötən gün Kiyev şosesinin 26-cı kilometrliyində, yerli vaxtla saat 16 radələrində baş verib.
"Şosedəki avtomobillərdən birində həyəcanlı kişi Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşlarına bildirib ki, onun taksidəki xanımı uşaq dünyaya gətirir və onlar nəqliyyat vasitələrinin sıx axını səbəbdən tibbi məntəqəyə çata bilmirlər", - idarənin mətbuat xidmətində bildiriblər.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşları qadını və həyat yoldaşını doğum evinə təcili çatdırmaq üçün onları post patrul xidməti avtomobilinə əyləşdirmək qərarına gəliblər. Ancaq idarədə qeyd ediblər ki, qadının doğuşu tibbi məntəqəyə aparan yolda başlayıb. Buna görə də Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşları qadının və uşağın sağlamlığına ziyan dəyməməsi üçün onları dərhal qəbul etməyə qərar veriblər.
İdarədə əlavə ediblər ki, əraziyə təcili yardım çağırılıb.

Qeyd edilir ki, yol polisi əməkdaşlarının və zəruri köməyi və tibbi yardım göstərilməsi nəticəsində sağlam oğlan uşağı dünyaya gəlib. Körpə həkimlərin gəlişinə qədər formalı gödəkcəyə bükülüb.
Tezliklə hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, qadın və körpə həkimlərə təhvil verilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












