Qadın qolunda sistem ola-ola maşın sürdü - VİDEO

Çində daha bir qadın sürücü müzakirə obyektinə çevrilib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, buna səbəb, xəstəxananı vaxtından əvvəl tərk edən qadının maşını qolundakı sistemlə birgə idarə etməsidir. Sakinlərdən biri tərəfindən lentə alınan görüntü qısa zamanda ölkədə rezonans yaradıb.
Qadın bir yandan maşının pəncərəsindən çölə çıxardığı sistemin dağılmamasına diqqət yetirib, bir yandan da tək əli ilə sükanı saxlamağa çalışıb. Əlverişsiz şəraitdə avtomobil idarə etsə də, heç bir qəza törətməyən sürücünün hansı səbəbdən sükan arxasına qolundakı sistemlə əyləşdiyi də məlum olub.
Çox keçmədən yol polisləri tərəfindən saxlanılan qadın xəbərdarlıq edildikdən sonra evə buraxılıb. Sən demə, qadın sürücünün maşını bu cür sürməyə vadar edən səbəb ərindən qorxması imiş. Belə ki, xəstəxanada onun qoluna sistem vurularkən, həyat yoldaşı zəng edərək əsəbi şəkildə dərhal evə qayıtmağı tələb edib. Ərinin sözündən çıxmayan qadın, nədənsə qolundakı sistemi çıxarmağa ehtiyac görməyib. Sağlamlığına nə qədər önəm verdiyi görüntülərdən də əks olunan qadın xoşbəxtlikdən evinə salamat çata bilib.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO












