Qarajda toz basmış nadir avtomobil bir milyon dollara satışa çıxarıldı - FOTO

ABŞ-da qarajda toz basmış 1960-cı ilin nadir “Mercedes-Benz 300 SL Roadster” avtomobili bir milyon dollara satılacaq.
Bu barədə “Daily Mail” nəşri yazır. 60 illik maşın İndiana ştatından olan alman əsilli həkim öldükdən sonra, onun qohumları tərəfindən aşkar edilib. Kişinin avtomobil kolleksiyaçısı olduğu bildirilir. Onun qarajında bahalı “300 SL Roadster”lə yanaşı, hələ 1960-cı illərdə yığılmış bir neçə qədim “Porsche” və “Ferrari 330 GT” də daxil olmaqla, çoxlu müxtəlif modellər tapılıb.
Ailə üzvlərinin sözlərinə görə, həkim nadir hallarda idman avtomobili sürürdü, 1980-ci ildən bəri isə ondan heç istifadə etmirdi. Avtomobil Nyu-Yorkun qədim klassik nüsxələrin alınması ilə məşğul olan “Gullwing Motor Cars” şirkətinə verilib. Hal-hazırda avtomobil 1,095 milyon dollara satışa çıxarılıb.
Qeyd edək ki, “Mercedes-Benz 300 SL Roadster” tarixin ən gözəl və nadir avtomobillərindən biri hesab olunur. Bu modelin cəmi 249 nüsxəsi buraxılıb.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












