Qaranlıq gecədə yer yarıldı, maşınları uddu - VİDEO

Gecənin qaranlığında yarılan yer xeyli sayda maşını, çadır düşərgəsini uddu. Avstraliyanın Kvinslend vilayətində çimərlikdə baş verən təbiət hadisəsi sakinlərə qorxulu anlar yaşadıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təbiətin onlara qazdığı quyudan xəbərsiz olan avstraliyalılar futbol meydançasından böyük olan yarğanın şokundan uzun müddət ayıla bilməyb. Kvinslendin ən məşhur çimərliklərindən birində yaranan yarğanın dərinliyi 3 metrə çatır. Nəhəng quyu avtomobilləri, çimərliyə gələnlər üçün nəzərdə tutulan çadır düşərgəsini bu dərinliyə dartıb. Xoşbəxtlikdən təbiət hadisəsi sakinlərin gecələdiyi ərazidə baş verməyib. Hadisədən dərhal sonra əraziyə xeyli sayda xilasetmə qüvvəsi göndərilib. İstirahət etmək üçün bu məkana üz tutan 140-dan çox insan daha təhlükəsiz əraziyə evakuasiya olunub. Çimərlikdə yaranan bu böyük quyu əlaqədar qurumları da hərəkətə keçirib. Sahildəki son durumu araşdırmaq üçün əraziyə geotexniki mühəndislər cəlb olunub. Hər nə qədər yarğanların harda, nə vaxt yaranacağını proqnozlaşdırmaq mümkün olmasa da, mühəndislər ikinci bir yarğan təhlükəsinin olub-olmadığını aydınlaşdırmağa çalışacaqlar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












