Qatar 4 stansiya sürücüsüz getdi - VİDEO

Sərnişin qatarı içindəki onlarla insanla bərabər öz-özünə hərəkətə gəldi, 4 stansiya maşinist olmadan irəlilədi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, qəribə hadisə ABŞ-ın Massaçusets ştatında baş verib. Boston şəhərində hərəkətsiz vəziyyətdə olan qatar, birdən-birə sürət yığmağa başlayıb. Azı 50 sərnişin ölüm təhlükəsi ilə üzləşib. Qatarın öz-özünə necə yola düşdüyü qaranlıq olaraq qalır. Onun stansiyalarda dayanmadan yoluna davam etməsi, əlaqədar qurumları hərəkətə keçirib. Özbaşına qatarı yalnız 4 stansiya sonra saxlamaq mümkün olub. Xoşbəxtlikdən qatardakı sərnişinlər hər hansı bir xəsarət almayıb. Nəqliyyat vasitəsinin döngələrdə belə relslərdən çıxmaması, faciənin baş verməsinin qarşısını alıb. Bununla belə, qatar hərəkətdə gələn vaxt, platformadakı sərnişinlərdən birini vuraraq yüngül xəsarət yetirdiyi məlum olub. İlkin araşdırmalardan sonra, qatarın texniki nasazlıq səbəbi ilə işə düşdüyü məlum olub. Sərnişinlərə vahiməli anlar yaşadan nəqliyyat vasitəsi, təmirə aparılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












