Qeyri adi transfer: 1 ton buğda, 1 ton günəbaxan...

Türkiyədə qeyri-adi transfer reallaşıb. Həvəskarlar liqasında çıxış edən "Bolayır Gənclikspor" klubu əsl peşəsi inşaat mühəndisi olan və 10 ildi həvəskarlar liqası klublarında oynayan Osman Yusufoğlunu heyətinə qatıb. Avtosfer.az fanat.az-a istinadən xəbər verir ki, bir il əvvəl Kınalı-Tekirdağ-Çanakkale-Savaştepe avtomobil yollunun tikintisi üçün Bursadan Geliboluya yollanıb. Bu zaman o, Bursadakı "Görüklü İpekspor"dan ayrılıb və bir müddət əvvəl "Bolayır Gənclikspor"la anlaşıb.
Həvəskarlar liqası təmsilçisi Osman Yusufoğluna bir il komandanın formasını geyinməsi üçün bir top buğda, bir top günəbaxan tumu və 4500 lirə dəyərində kriptovalyuta - "Ethereum" təklif edib. Osman Yusufoğlu isə 2,5 top buğda və günəbaxan istəyib. Danışıqlardan sonra futbolçu klubun ilk təklifini qəbul edib.
"İş üçün Geliboluya gəldim. Burda gözəl təklif aldım. Bu təklifi qəbul etməməyib mümkün deyildi. Ortada həm kriptovalyuta, həm də buğda və günəbaxan var idi. Kriptovalyutadan daha çox buğda və günəbaxan məni cəzb etdi. Rəhbərlik belə təkliflə çıxış etdi. Maraqlı olacağını dedilər. Mən də qəbul etdim" deyə Osman Yusufoğlu bildirib.
"Bolayır Gənclikspor"un vitse-prezidenti Bayram Koç isə Türkiyədə ilk olsun deyə kəndin əsas məşğuliyyət sahəsi olan buğda və günəbaxanla kriptovalyuta təklif etdilərini bildirib.
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










