Qəzada yaralanan gənc yerinə robot göndərdi – VİDEO

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, Avtomobil qəzasında yaralanan gənc öz dərsə gələ bilmədi, yerinə rotobu göndərdi. ABŞ-ın Pensilvaniya ştatında yaşayan bir tələbə texnologiyanın köməyi ilə həm ali məktəbdəki davamiyyətini qoruyub, həm də dərslərdə iştirak edə bilib. Koul Frits adlı tələbə qəzada aldığı sınıq xəsarətlərinə görə kollecə gedə bilmir. Bununla belə, o internet vasitəsilə bir robotu yönləndirərək, onu öz əvəzindən sinif otaqlarına göndərir. Bu robotun vasitəsilə hansı dərsin keçildiyini, evə hansı tapşırıqların verildiyini müşahidə edən Frits beləliklə ev şəraitində dərslərini qavraya bilir. Robotun başı iki ekranlı monitordan ibarətdir. Bu monitorlarda elə Koul Fritsin öz sifəti əks olunub. Monitorların lentə aldığı görüntünü dərhal qəbul edən tələbə, bir növ canlı yayımla kollecdə baş verənləri izləyir. O hətta bu robot vasitəsilə sinif yoldaşları ilə söhbət edir, dostları ilə hal-əhval tutur. Müəllimlər isə bir robota dərs keçməkdən narazı deyil. Əgər bu robot başqa bir tələbənin elm öyrənməsinə şərait yaradırsa, niyə də olmasın. O ki, qaldı öz əvəzinə robotu dərə göndərən tələbəyə, həkimlər deyir ki, Koul Frits martın əvvələrindən etibarən dərslərdə iştirak edə biləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












