Qızını ərə vermək üçün baxıcıya 1 milyon manat vedi – Azərbaycanda sensasion olay

Azərbaycanda inanılmaz olay baş verib. Ana qızını ərə vermək üçün baxıcıya nə az, nə çox, düz bir milyon manat civarında pul ödəyib.
Avtosfer.az xəbər verir ki, artıq məsələ ilə bağlı cinayət işi açılıb, pulu mənimsəyən şəxslər isə həbs olunub. Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə həmin şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmədə bildirilib ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə C.Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib, 2017-ci ilin əvvələrində “Instagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.
O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.
Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyini, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədilə Rusiyada yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib. Daha sonra isə onun qızının ailə həyatı qurmasında yardımçı olacaqlarını, bəxtini açacaqlarını söyləyib.
Beləcə, onun 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi rəsmi olaraq 397 min manatını mənimsəyib.
“BakuPost”un Şəfəq İsmiyevanın yaxınlarından əldə etdiyi məlumata görə, qarşı tərəf, ümumilikdə, 1 milyon manat ödədiyini iddia edir. İddiaya görə, bu məbləğin 383 min manatı banklar vasitəsilə, qalan hissəsi isə nağd formada ödənilib.
“Həmin şəxslərə 300 min manatdan artıq ödənilib. Şəfəq ibtidai sinif müəlliməsidir. Amma işləməyib. Bu yola necə düşdü, bilmirik. Hamilədir. 5 yaşlı bir övladı isə evdə anasının yolunu gözləyir. Bütün pulu alıb yoldaşına verib. İndi yoldaşı da deyir ki, bütün məbləği geri qaytarıb. Bu işdən xəbəri olan bəzi şəxslər də Şəfəqi qorxudublar, şantaj ediblər. Beləcə, 96 min manatını alıblar. Banklardan alıb onlara veribmiş. Müstəntiq araşdırdı, həmin şəxslərdən pulu geri aldı”.
Maraqlıdır, qızının şəxsi problemlərinə bir milyon xərcləyən şəxs kimdir, kimlərin qohumudur?
Taksi sürücüsündən sərnişinlərə unikal etiraz: “Əlavə suallara ehtiyac yoxdur” - FOTO
Şəhər küçələri elə salınmalıdır ki, sürətli hərəkət mümkün olmasın - EKSPERT
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO
Çin yeni yanacağa sərmayə qoyur – 4 MANATA 116 KİLOMETR
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO








