Qlobal istiləşmə okeanlarda hansı problemə səbəb olub?

Qlobal istiləşmə ilə bağlı alimlərin apardığı yeni tədqiqat göstərib ki, son 25 ildə okeanlarda suyun hərarətinin artması daha intensiv hal alıb. Dənizlərin tərkindən çıxarılan xam neftin həcmi isə ümumi karbohidrogen ehtiyatlarının 60 faizinə çatıb. Bu amillər planetimizdə yeni fəlakətlərə yol açacaq qlobal istiləşmə prosesini sürətləndirir, həmçinin böyük su hövzələrində biomüxtəlifliyə ciddi təhlükə törədir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Hökumətlərarası İqlim Dəyişiklikləri Panelində (IPCC) təqdim olunan hesabata görə, dünya okeanları istixana qazlarının təsirinə normadan 90 faiz artıq məruz qalıb. Nəticədə, Yer kürəsinin atmosferi karbon dioksid qazına qarşı daha həssas hala gəlib. Tədqiqat müəlliflərinin qənaətinə görə, vəziyyətdən çıxış yolu hökumətlərin imzaladığı Paris sazişinin şərtlərinə əməl edilməsidir. Qeyd olunur ki, IPCC-nin başlıca hədəfi - havanın temperaturunun sənayeləşmə dövründən əvvəlki səviyyəyədək 1,5 dərəcə selsi düşürülməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. ABŞ-ın Nyu-Cersi şəhərindəki Prinston Universitetinin professoru Laura Resplandinin sözlərinə görə, karbon dioksid qazının atmosferə buraxılmasını kəskin şəkildə aşağı salmaq istiqamətində həyata keçiriləcək bu tədbirlər nəticəsində insanların müxtəlif sahələrdə - sənayedə, kənd təsərrüfatı və inşaat sektorunda fəaliyyət səviyyəsi 25 faiz azalmalıdır. Lakin bu azalma real görünmür. “Daha isti okeanlar oksigeni daha az saxlayır və bu, su hövzələrində ekoloji tarazlığı pozur. Digər tərəfdən, okeanlarda istiləşmə dənizlərdə suyun səviyyəsinin qalxmasına da səbəb olur”, -deyə amerikalı alim əlavə edib. Tədqiqat müəllifləri və iqlim dəyişiklikləri üzrə ekspertlər texnologiyanın inkişafı, yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istifadəyə verilməsini vəziyyətdən yeganə çıxış yolu hesab edirlər.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










