Qolu olmasa da, təyyarə sürür - VİDEO

Protez qolla təyyarə idarə edir. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, Böyük Britaniyalı Stiven Robinson öz fiziki qüsuru ilə yox, qeyri-adi bacarığı ilə bütün insanlardan fərqlənir. 51 yaşlı Britaniyalı bir qolunun olmamasına rəğmən, dünyanın ən təhlükəli peşələrindən birini özünə hobbi kimi seçib. Əslində Stiven uşaq vaxtı təyyarədə uçmaqdan çox qorxurmuş. 33 il əvvəl havada iki təyyarənin toqquşması Stiven Robinsonun həyatını alt-üst edib. Həmin qəzada ağır yaralanan Stivenin sağ qolu amputasiya olunub. Bununla belə, o həyatdan əlini üzməyib. Özünə protez qol düzəldib. Həmin qolla təyyarə idarə edən britaniyalı dost-tanışını da hava səyahətinə çıxarmağa qadirdir.
Stiven deyir ki, 18 yaşında qolunun kəsilməsi ilə nəticələnən qəza əslində onun həyatını müsbətə doğru dəyişib. Möcüzə nəticəsində sağ qalması, onun özünə olan inamını birə min artırıb.
O qəzayadək təyyarəyə qorxa-qorxa minən Stiven, bundan sonra həmin qorxuya da qalib gəlib. Bir qolu ilə təyyarə idarə etməyə başlayan britaniyalı indi peşəkar pilot ünvanı qazanmağa da çox yaxındır. Bunun üçün o təkbaşına 10 saata dayanmadan təyyarə idarə etməli, aviasiya mütəxəssislərinin verdiyi istiqamət tapşırıqlarını dəqiqliklə yerinə yetirməlidir.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO










