Qurumuş ağacların qeydiyyata alınması nəyə xidmət edir? - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bakıda ağacların qeydiyyatını aparır. Ağaclara vurulan damğalarda QR kodla bitki barədə məlumat verilir. əslində çox yaxşı, təqdirəlayiq işdir. Amma...
Avtosfer.az xəbər verir ki, ağacların nişanlanması ilə işi bitmiş hesab etmək olmaz. Meşə massivlərində ağacların qocalması, aşması və ya bioloji ömrünü başa vurması təbii üsulla gedir. Hətta Avropa qanunvericiliyi meşələrə kənar müdaxilələri qadağan edir. Amma şəhər təsərrüfatında vəziyyət başqadır.
Bu fotolar Şəhidlər məscidinin aşağı hissəsində, doqquzmərtəbəli binanın qarşısında çəkilib. Ərazi ötən əsrin 70-ci illərində abadlaşdırılıb və geniş bağ salınıb. Böyük ağaclar burada havanı təmizləməklə yanaşı, torpağı da möhkəmləndirir. Lakin ağacların bir hissəsi artıq quruyaraq aşıb.
Maraqlıdır ki, ağacların inventarlaşdırılması zamanı quru, hətta aşmış ağaclar da uçota alınıb. Hətta uçota alınan ağaclardan biri ayaq üstə duran 2 metrlik gövdədən ibarətdir. Görəsən inventarlaşma aparan işçi bu quru ağaclara görə nə üçün əziyyət çəkib?
Əslində ərazidəki aşmış ağacların götürülməsi daha faydalı olardı. Bu cür çürümüş ağaclar nəinki fayda verir, tam əksinə zərərli mikroroqanizmlərin toplanma yerinə çevrilir. Şəhərdə və ümumiyyətlə Azərbaycanda şam ağaclarının kütləvi şəkildə məhv olduğu dövrdə ərazinin diqqətdən kənarda qalması başadüşülən deyil.
Əslində ərazinin abadlaşdırılması və yaşıllaşdırılması da çətin iş deyil. Ölkədə vaxtaşırı olaraq ağacəkmə kampaniyaları keçirilir və müxtəlif dövlət və qeyri-dövlət qurumları bu tədbirlərdə iştirak edir. Ağac əkiləcək ərazini isə hansısa müəssisə və ya təşkilat özü təyin etmir. Dövlət qurumlarının ayırdığı ərazilər arasında seçim edilir.
Bunu nəzərə alarsaq, sözügedən ərazinin abadlaşdırılması və ağaclandırılması çox da çətin olmaz. Sadəcə olaraq həmin ərazini ağacəkmə kampaniyaları planına salmaq yetərlidir. Ərazidəki quru ağacları götürmək isə yaşıllaşdırmaya cavabdeh təşkilatların birbaşa vəzifə borcudur.
Vüqar







Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












