Bu rəsm əsəri 1 milyon dollara satıldı

Pyer Ogüst Renuarın (1841-1919) "Kiçik rəssam" adlı rəsm əsəri "Christie's" hərracında 1,18 milyon dollara satıldı.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə hərrac saytının xəbərində deyilir.
Bildirilir ki, satış məbləği ilkin qoyulan qiymətdən təxminən iki dəfə çoxdur.
1907-ci ildə yazılan tablo Renuarın kiçik oğlu Klodun dəzgah qarşısında oturduğunu təfsir edir. Hərrac evinin mütəxəssislərinin qeyd etdiyi kimi, üçüncü oğlunun dünyaya gəlməsi, o dövrdə 60 yaşında olan və "obrazını kətan üzərində çəkmək üçün uzun saatlar sərf edən" sənətçi üçün sevindirici bir hadisə idi.
Pablo Pikassonun (1881-1973) 1964-cü il may ayında çəkilən "Siqaret çəkən kişi" adlı əsəri isə 1,014 milyon dollar məbləğinə təzə sahibinə keçib. Hərrac evinin mütəxəssislərinə bildirib ki, bu əsər çox zaman iş paltarında, siqaret çəkən və həmişə zolağlı jiletlərdə gənc və yaşlı kişilərin bir sıra eskizlərinə aiddir. "O dövrün rəsmləri ilə sübut olunduğu kimi, Pikasso eyni tipli geyinməyi çox sevirdi. Bu əsərdə Pikasso dənizlə əlaqəsini açıq şəkildə nümayiş etdirib", - mütəxəssislər əsəri təqdim edərək deyiblər.
"Christie's" hərracının mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə dekabrın 4-də auksionunda rəssam və heykəltəraşların 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinə aid 10,1 milyon dollar məbləğində əsərləri satılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












