Rusiyada təqaüdçü kişi bir gündə üç qadına bıçaqlı hücum etdi - VİDEO

Bıçaqla silahlanmış təqaüdçü kişi bir gündə üç qadına bıçaqla hücum edib.
RT-nin məlumatına görə, hadisə Saxalində baş verib.
Bildirilir ki, ilk şikayət kişinin qonşusundan gəlib. Hüquq-mühafizə orqanından qeyd edilib ki, şübhəlinin qadınla münasibəti pis olub. Sonuncu dəfə dava zamanı o, qadını boğazından bıçaqlayıb, nəticədə, zərərçəkən xəstəxanalıq olub. O, hazırda reanimasiyadadır.
Bundan sonra kişi dayanacaqda 60 yaşlı qadını bıçaqlayıb. Səbəbi isə qadının çantanı ona verməməsi olub. Zərərçəkən ambulator müalicədədir.
Daha bir hücum mağazada baş verib. Müşahidə kameralarında qeydə alınan görüntüdə kişinin içəri girərək, bıçaq çıxardığı görünür.
Mağazanın satıcısı kişini çölə çıxartmağı və köməyə çağırmağı bacarır. Bundan sonra kişi qaçıb.
Lakin uzağa gedə bilməyib. O, evinin yaxınlığında saxlanılıb.
Hadisə ilə bağlı soyğunçuluq və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi açılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












