Rusiyalı türk qayığını oğurlayıb Yunanıstana qaçdı

Yunanıstanda türk qayığını qaçıran Rusiya vətəndaşı saxlanılıb.
Bu barədə bazar günü “Proto Thema” yunan qəzeti məlumat verib.
Məlumata görə, 33 yaşlı Rusiya vətəndaşı Yunanıstanın Tinos adasının yerli polis qüvvələri tərəfindən ölkəyə su yolu ilə qeyri-qanuni şəkildə daxil olmağa cəhd edərkən saxlanılıb. Araşdırma zamanı rusiyalının idarə etdiyi yelkənli qayığı Türkiyənin Çeşmə şəhəri sahillərindən oğurladığı məlum olub.
Saxlanılan şəxsin adı və soyadı hələ ki açıqlanmayıb. Polis qanun pozucusunun sırf təsadüf nəticəsində ələ keçirildiyini bildirib. Belə ki, onun idarə etdiyi qayıq Tinos adası yaxınlığında dəniz dibinə sürtülərək sıradan çıxıb.
Hadisə yerinə gedən iki patrul gəmisi Rusiya vətəndaşına kömək etsə də, məsələnin araşdırılması üçün onu saxlayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












