Saatlar 1 saniyə irəli çəkiləcək

Bu il iyulun 1-nə keçən gecə dünyadakı bütün əsas qurğular – kosmik gəmilər, peyklər və Yer kürəsi sakinləri öz saatlarını 1 saniyə qabağa çəkəcəklər. Bu barədə modern.az Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata görə, Rusiya dövlət vaxt və tezlik xidmətinin baş metroloji mərkəzinin rəisi İqor Blinov deyib ki, əlavə saniyə bütün beynəlxalq xidmətlər – uçuşların idarə olunması mərkəzi, Beynəlxalq Kosmik Stansiya, peyklər, qatarlar, təyyarələr, vağzallar, banklar, mobil telefon şirkətləri və s. tərəfindən əlavə olunacaq.
Blinovun sözlərinə görə, dünyada 2 standart vaxtdan – astronomik və atom vaxtından istifadə olunur: “Yer kürəsi öz oxu ətrafında hərəkətini zəiflətdiyi üçün astronomik və atom sistemləri arasında vaxt hesablanması ilə bağlı ziddiyyətlər ortaya çıxıb. Onlar arasındakı fərq 1 saniyəyə çatırsa, atom vaxt sistemi korrektə olunur”.
Rusiyalı ekspertin fikrincə, dünya vaxt sisteminin 1 saniyə irəli çəkilməsi hər hansı problem yaratmayacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












