Səhv etdi, 13,6 min dollar qabağa düşdü

ABŞ sakini lotereya biletində səhvə yol versə də, 13,6 min dollar qazanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə UPİ informasiya portalı məlumat yayıb. Kanzas ştatının Uiçito şəhər sakini Rik Forman “Racetrax” virtual at yarışlarında ilk dəfə iştirak etdiyini etiraf edib. “Bəxtimi sınamaq istədim. Oyun kartını alıb, bir yürüşə dörd dollar qoydum. Ancaq səhvə yol verdim, çaşıb 10 yürüşə pul qoydum”, - deyə amerikalı xatırlayır.
Xəta etdiyini öyrənsə də, qərarını dəyişməyib və iştirak üçün elə 40 dollar ödəyib. Nəticədə, Forman cekpotun qalibi olub. “Dördüncü yürüş ən uğurlu olub. Bu səhvə yol verməsəydim, qalib olmayacaqdım”, - deyə o izah edir. Mükafatı aldıqdan sonra onunla yığılmış borclarını bağlamağı, yerdə qalan hissəsini gələcək üçün saxlamağı planlaşdırır. Ancaq qalibiyyət onun oyuna olan tamahını artırıb. O bundan sonra da virtual ippodromda oynamağa davam edəcəyini bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












