Sekvoya dünyanın ən hündür ağacıdır - FOTO

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir. Onun gövdəsi və kökləri on metrlərlə dərinliyə gedir. Nəhəng ağacın budaqları uzun illər boyu səmaya doğru uzanır və dünyanın ən yüksəyə qalxan bitkisi hesab olunur. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hazırda tarixi məlum ən qədim sekvoyanın 3,5 mindən çox yaşı var. Bu ağacların orta hündürlüyü təxminən 60 metrə çatır. Lakin sekvoyaların 90 metr və daha hündürlərinə də rast gəlmək mümkündür. Hətta hündürlüyü 105 metrdən çox olan yarım minədək sekvoya ağacı da məlumdur. San-Fransisko yaxınlıqda Redvud Milli parkında bitən Hiperion sekvoyası hazırda planetimizin ən hündür ağacıdır. Onun boyu 115,5 metrə çatır. Sekvoyanın çox da hündür olmayan, lakin böyük diametrə malik bəzi növləri də var. Dünyanın ən həcmli sekvoya ağacı məhz bu növə aiddir. Bu, hündürlüyü 83,3 metrə çatan “General Şerman”dır. Onun əsasının diametri 11,1, çətirinin əhatəsi isə 31,3 metrdir. Ağacın həcmi 1487 kubmetr təşkil edir.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












