Səmada ürəyi getdi - VİDEO

3600 metr hündürlükdə paraşütçünün ürəyi getdi. Ölümlə üz-üzə qalan gənc möcüzə nəticəsində sağ qaldı. İzləyənləri dəhşətə gətirən bu görüntülər Avstraliyanın qərbində, Pincarra bölgəsində lentə alınıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 22 yaşlı Kristofer Couns təlimçisi Şeldon Makfarlinlə birgə 4 min metrə yaxın hündürlükdən aşağı tullanır. Amma bir neçə saniyə içərisində onu bürüyən həyəcana təslim olan 22 yaşlı gəncin ürəyi gedir. Xoşbəxtlikdən təcrübəli paraşütçü Şeldon Makfarlin onun huşsuz olduğunu vaxtında anlayıb. Kortabii şəkildə yerə istiqamətlənən Kristoferə yaxınlaşan təlimçi, tələb olunan hündürlükdə onun paraşütünü açmaqla gənci yerə düşüb, parça-parça olmaqdan xilas edib.
Tükürpədici olaydan sonra məlum olub ki, sən demə, epilepsiyadan əziyyət çəkən Kristoferə bu cür adrenalin yaşamaq olmazmış. Di gəl ki, vəziyyətin bu həddə çatacağını ağlına gətirməyən həkimi, Kristoferə onun xəstəliyinin nəzarət altında olduğunu, paraşütlə tullana biləcəyini bildirib. Kristofer isə o anları heç cür xatırlamır.
Bütün dünyanın rəğbətini qazanan təlimçi isə özünü qəhrəman kimi görmür. Deyir ki, onun işi yeri gələndə həm də insanları xilas etməkdir.
Qeyd edək ki, paraşütçünün ürəyinin getdiyi anlar təlimçinin dəqilqəsindəki kameradan anbaan görüntülənib. Həmin görüntülər internetdə düşdükündən qısa müddət sonra bütün dünya miqyasında geniş izləyici kütləsi toplayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












