Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

eROSITA rentgen teleskopunun köməyi ilə səma skan edilib. Xəritədə Süd yolu və onun hüdudları xaricində müşahidə edilən energetik obyekt və hadisələrin bütün növləri göstərilib.
Səmanın skan edilməsinə ötən ilin dekabrında başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Bu, səmanın eROSITA tərəfindən növbəti bir neçə il ərzində aparılacaq səkkiz çəkilişindən yalnız birincisidir.
Çəkilişlərin gedişatı zamanı kosmosdakı təxminən 1,1 milyon rentgen şüası mənbəyi kataloqa salınıb. Buraya Süd yolunun ulduzları, eləcə də digər qalaktikaların mərkəzlərində, Yerdən milyardlarla işıq ili məsafədə yerləşən ağır çəkili qara dəliklər daxildir.
Yeni xəritədə insanların zəif şüa səbəbindən görə bilmədiyi obyektlər göstərilib.
eROSITA-ın şəkilləri astronomlara daha çox rentgen mənbəyi aşkarlamağa kömək etməklə yanaşı, həm də obyektlərin zamanla necə dəyişdiyini izləməyə imkan verəcək. ("Report")
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












