Sərxoş qadın təyyarədə nələr etdi, nələr... – VİDEO

Təyyarə terrorlarının artdığı bir vaxtda, ABŞ-da bir qadın sərnişinlərə qorxu dolu anlar yaşadıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təyyarə havada uçarkən, sərxoş olan sərnişinin hava almaq üçün çıxış qapısını açmağa çalışması, ekipaj üzvlərini hərəkətə keçirib. Qəribə hadisə Londondan Bostona uçan təyyarədə qeydə alınıb. Spirtli içkinin təsiri altında olan qadının inadla qapını açmağa çalışması, pilotu təyyarəni təcili yerə endirməyə vadar edib. Layner planlaşdırılandan yarım saat əvvəl Loqan beynəlxalq hava limanına eniş edib. Aşağıda laynerin enməsini gözləyən polislər, şübhəli qadını dərhal yaxalayıb. Polislərin verdiyi açıqlamaya görə, havada təyyarənin qapısını açmağa çalışan sərnişin, Polşa vətəndaşı Kamila Dolnyakdır. 32 yaşlı qadının terrorçu qruplaşmalarla hər hansı əlaqəsinin olub olmaması araşdırılır. Bütün hallarda o, öz əməlinə görə qanun qarşısında cavab verməli olacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












