Səyahət üçün ən yaxşı və ən pis avtomobillər - SİYAHI

CarPrice analitikləri əsas qiymətləndirmə meyarı kimi ancaq bir parametr - texniki vəziyyəti götürdülər: mühərrik, ötürmə qutusu və avtomobilin digər sistemlərinin etibarlılığı. Ens.az xəbər verir ki, təqdim olunmuş bütün avtomobillərin yaşı 3-5 arasındadır, aralarında nadir və eksklüziv, həmçinin taksi kimi işləmiş avtomobil yoxdur.
Yüksək bal toplamış bütün modelləri iki qiymət qrupuna - 15 min dollara qədər və ondan bahalı olanlara ayırdılar.
15 min dollara qədər qiymət kateqoriyasında ən yaxşı onluqda ancaq yapon və Koreya avtomobilləri təqdim olundu. Siyahıya 4,95 xal toplamış yenilənmiş Mazda III başçılıq etdi, sonra 4,93 xalla dördüncü nəsil Toyota RAV4, 4,93 xalla birinci nəsil Suzuki SX4, 4,92 xalla ikinci nəsil Suzuki SX4 gəldi, liderlər beşliyini isə 4,92 xalla Toyota Corolla XI bağladı.
İndi isə 15 min dollardan bahalı avtomobillərdən danışaq. Maraqlıdır ki, Nissan X-Trail eyni zamanda hər iki reytinqə daxil oldu, çünki buraxılış ilindən asılı olaraq, bu model qiymətinə hər iki kateqoriyaya daxil olur.
Bu siyahıya 5 xalla birinci nəsil yenilənmiş Mazda CX-5, 5 xalla birinci nəsil Mercedes-Benz GLC, 4,99 xalla altıncı nəsil Toyota Camry, 4,98 xalla üçüncü nəsil Lexus RX və 4,97 xalla üçüncü nəsil Nissan X-Trail düşdü.
Uzun səfərlər üçün ən pis avtomobillərin də siyahısı var, o da iki qiymət kateqoriyasına bölünür.
15 min dollara qədər qiymət kateqoriyasına 3,39 xalla birinci nəsil Daewoo Matiz, 4 xalla Skoda Fabia II, 4 xalla Lifan Solano I, 4 xalla Citroen Berlingo II, 4,2 xalla UAZ Patriot I daxil oldu.
15 min dollardan baha olan ən pis avtomobillər bunlar oldu: 4,67 xalla ikinci nəsil Volkswagen Touareg, 4,68 xalla Porsche Cayenne II, 4,69 xalla III sinif Mercedes-Benz M, 4,70 xalla VI sinif Mercedes-Benz S və 4,7 xalla Hyundai Santa Fe III.
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










