Sivasda Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttində yükdaşımalar ilə əlaqədar Türkiyənin Sivas vilayətində Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə TÜDEMSAŞ-ın (Türkiyə Dəmiryolu Makinaları Sənayesi Anonim Şirkəti) baş direktoru Məhmət Başoğlu məlumat verib.
Baş direktor hazırda bununla əlaqədar Azərbaycan tərəfilə müzakirə aparıldığını açıqlayıb. Türkiyə və Azərbaycan arasında dəmir yolları xətləri fərqli olduğundan 2 vaqon nümunəsi hazırlanıb və testdən keçiriləcək. Razılaşma əldə olunarsa, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanacaq müqavilə çərçivəsində 36 milyon dollar dəyərində 600 vaqon istehsal olunacaq.
TÜDEMSAŞ-ın baş direktoru hazırda BTQ dəmiryolunda şirkətin 150 yük vaqonu ilə yük daşındığını da nəzərə çatdırıb.
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA











