Şok kəşf - Ruh balıq tapıldı - VİDEO

Sakit okeanda tədqiqatlarını davam etdirən Havay universitetinin bioloqları bu günədək elmə məlum olmayan ruh balıq aşkarlayıb. Okeanın rekord dərinliyində kəşf olunan canlı alimləri şoka salıb. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, Mariana çökəkliyinin yaxınlığında, 8 min metr dərinlikdə aşkarlanan şəffaf rəngli balıq öz hərəkətləri ilə sanki havada gözdən itən ruh effekti yaradır. İndiyədək misli görülməmiş balıq okean dərinliyinə endirilmiş robotun kameralarından lentə alınıb. Alimləri düşündürən bu balığın ruha bənzəməyindən daha çox, onun bu dərinlikdə necə yaşamasıdır. Okean sularında dərinlik artıqca suyun təzyiqi canlıların yaşamasına imkan vermir, əzələləri sıradan çıxarır. Bu vaxtadək ən dözümlü dəniz canlısı 7 min metr dərinlikdə aşkarlanmışdı. İndi amerikalı alimlər ruh balıqlardan heç olmasa birini yaxalamağı, üzərində araşdırma aparmağı planlaşdırır. İlk dəfə kameraya düşən ruh balığın asanlıqla ələ keçəcəyi isə o qədər də inandırıcı deyil.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












