“Solar Orbiter” Günəşin yaxın məsafədən çəkilən ilk fotolarını Yerə göndərib

“Solar Orbiter” kosmik aparatı Günəşin 77 milyon kilometr məsafədən çəkilmiş ilk fotolarını Yerə göndərib. Alimlər həmin fotolarda miniatür günəş partlamalarını müşahidə ediblər. Missiya iştirakçıları bu barədə Avropa Kosmik Agentliyinin (ESA) mənzil-qərargahında keçirilən online-brifinqdə məlumat veriblər.
“Fotoları əldə etdiyimiz üçün çox şadıq, lakin bu hələ başlanğıcdır. Missiyamız daxili Günəş sistemində səyahətini davam etdirəcək. Təxminən iki ildən sonra aparat Günəşə daha çox – 42 milyon kilometrə qədər yaxınlaşacaq. Bu, Günəşlə Yer arasında olan məsafədən dörd dəfə azdır”, - deyə missiyanın elmi rəhbəri Deniel Müller bildirib.
2020-ci il fevralın 10-da ABŞ-ın Kanaveral burnundan “Atlas V” daşıyıcı raketi vasitəsi ilə fəzaya çıxarılan “Solar Orbiter” NASA və ESA-nın birgə layihəsidir. Onun missiyası yeddi il üçün nəzərdə tutulub. Aparat bu müddət ərzində günəşin aktivliyini və qütblərini müşahidə edəcək. Missiya təxminən 1,5 milyard dollar həcmində qiymətləndirilir.
Zond altısı daim günəşə istiqamətlənən, digər dördü isə aparatın ətrafında mühitin vəziyyətini tədqiq edən on müxtəlif cihazla təchiz olunub. Bundan başqa, aparat istidən xüsusi müdafiə qalxanı sayəsində Günəşə 42 milyon kilometrədək yaxınlaşa biləcək. (AZƏRTAC )
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












