SSRİ bu planetə də adam göndərmək istəyirmiş

Sovet alimləri Veneraya insan göndərmək istəyiblər, lakin orada uyğun şərtlərin olmadığını görəndə bu fikirdən daşınıblar. Avtosfer.az Sputink.az-a istinadən xəbər verir ki, bu fikirləri RİA Novosti-yə müsahibəsində Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun İnsanın ekstremal şəraitdə fiziologiyası şöbəsinin müdiri, tibb elmləri doktoru, Tsiolkovski adına Rusiya Kosmonavtika Akademiyasının akademiki Aleksandr Suvorov işlədib. "Hiperbolik fiziologiya və tibb ayrıca sahədir. Bu sahə institutumuzda kosmik tibb yaranarkən Sergey Pavloviç Korolyovun Marsdan əlavə, Veneraya uçuşu da nəzərdən keçirməsinin sayəsində inkişaf etməyə başlayıb", - alim deyib.
O vaxt artıq Veneranın nəfəs almaq üçün yararsız olan atmosferə malik olduğu, planetin səthində təzyiqin 96 atmosfer olması məlum imiş. Bu cür təzyiq 1000 metr suyun dərinliyindəki təzyiqə bərabərdir. Belə təzyiqdə işləmək imkanını yoxlamaq üçün Tibbi-Bioloji Problemlər İnstitutu SSRİ EA-nın Okeanologiya İnstitutu ilə birgə 1981-ci ildə barokamera ilə suyun dibinə enmə sınaqlarını təşkil edib. "Nəticədə biz, demək olar ki, sübut etdik ki, 1000 metr dərinlikdə insan işləyə bilər", - Suvorov bildirib. Belə şəraitdə nəfəs almaq çətinləşir, təngnəfəslik əmələ gəlir, lakin orta səviyyəli fiziki işlər görülə bilər.
Lakin avtomatik stansiyalar Veneraya uçandan sonra məlum olub ki, orada karbon atmosferidir, çox yüksək temperatur var və beləliklə, oraya insan göndərmək ideyası getdikcə ölüb. "Lakin fakt ondan ibarətdir ki, nəzəri cəhətdən insan Veneraya enə, skafandr geyinərək onun səthinə çıxa bilər. Əgər biz 1000 metr dərinliyə enə biliriksə, demək, tədricən Veneranın səthinə də çıxa bilərik", - alim bildirib.
İlk olaraq Veneraya 1967-ci ildə SSRİ-nin “Venera-4” stansiyası çatıb, lakin planetin səthinə 1970-ci ildə “Venera-7” enə bilib. Stansiya planetdə 90 atmosferlik təzyiq və 475 dərəcə isti qeydə alıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












