Sürətli nəqliyyat vasitələri üçün ilk asma körpü - FOTO
Çinin şərqindəki Cianqsu əyalətində, Yanqtze çayı üzərindən inşa edilən Vufenqşan asma körpüsü bu gündən istismara verilib.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin qurğu dünyanın sürət qatarlarının hərəkəti üçün əlverişli olan ilk asma körpüsü, Çinin isə həm dəmir yolu, həm də avtomobil yolunun keçdiyi ilk asma körpüsüdür.
Ümumi uzunluğu 6,4 km olan körpünün baş aşırımı 1 092 m uzunluğundadır. Körpünün üst mərtəbəsindən 100 km/saatadək sürət həddi tətbiq edilən 8 zolaqlı avtomobil yolu, aşağı mərtəbəsindən isə 250 km/saatadək hərəkət sürəti tətbiq edilən Lianjen sürət dəmir yolu xətti keçir.
Layihəsi Çin Dəmir Yolları Körpü Mühəndisliyi İnstitutunda hazırlanmış yeni körpü Çin Dəmir Yolu Körpüləri Bürosu tərəfindən 5 ilə inşa edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












