“Sürücülük yalnız kişi işidir” fikri ilə razılaşmayan xanım - VİDEO

Sujetin qəhrəmanı Hülya Durmaz “sürücülük yalnız kişi işidir” fikri ilə qətiyyən razılaşmayan xanımlardandır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, illərdir təcili tibbi yardım maşınında sürücü kimi fəaliyyət göstərən və özünü başqa peşədə təsəvvür belə etməyən Hülya belə bir məsuliyyətli işdə işləməkdən xüsusi zövq alır.
Türkiyənin Bursa şəhərində yaşayan Hülya Durmazın 31 yaşı var. Kiçik yaşlarından avtomobil sürməyə həvəsi olan Hülya ailəsinin dəstəyi ilə bu bacarığını getdikcə daha da təkmilləşdirib. Daha sonra yaxınlarının məsləhəti ilə təcili tibbi yardım maşınında sürücü kimi fəaliyyət göstərməyə başlayıb.
Çağırılan yerə uzağı 10 dəqiqəyə çatan Hülya sürətilə bir çox insanın həyatını da qurtarıb. İşindən narazı olmayan xanım işlədiyi müddətdə həmkarlarının da onun işindən razı olduğuna tam əmindir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












