Sürücüsü olmayan “KamAZ” sınaqdan keçirilir

Pilotsuz “KamAZ-4308” avtomobilinin sınaq yürüşləri başlayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Yük maşını müəssisənin sənaye ərazisi daxilində işləyir. Layihə “Odyssey” adlanır.
“Rostex”in baş direktoru və “KamAZ” İdarə Heyətinin sədri Sergey Çemezov bildirib ki, avtomobildə naviqasiya xətası üç-beş santimetrdən çox deyil.
Test maşınında dörd növ sensorlar var: video kameralar, radarlar, lidarlar və sonarlar.
Pilotsuz yük maşını, digər rabitə kanalları tıxanacağı təqdirdə, yəni təcili kanal lazım olduqda Wi-Fi, 4G və xüsusi bir VHF xətti ilə də təchiz edilib.
Bütün məlumatlar hərəkət parametrlərini təhlil etmək üçün bir kompüterə göndərilir.
”KamAZ”ın baş direktoru Sergey Kogotin qeyd edib ki, sürücüsüz maşının ictimai yollara çıxışı insanların düşüncəsində və qanunvericiliyində dəyişiklik tələb edir.
“Robot daha az səhv edər, daha az qəza olar. Ancaq mənəvi cəhət qalır - qəzada kim günahkar sayılacaq? Sürücü yoxdursa, avtomobil istehsalçısı günahkardır. Hamı bu məsuliyyəti qəbul etməyə hazır deyil. Bütün dünyada pilotsuzların istifadəsi bütün dünyada vaxt tələb edəcək və bu, əlbəttə ki, 2020-2021-də baş verməyəcək”, - deyə Kogotin əlavə edib.
Bununla yanaşı, o vurğulayıb ki, “qapalı ərazilərdə insanlar pilotsuz nəqliyyat vasitələrinin istismarına görə məsuliyyəti öz üzərlərinə götürə bilərlər”.
Robot yük maşınları Kuzbassdakı bir kömür mədənində də sınaqdan keçiriləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












