Taksi sürücüsü qadın sərnişini döydü: ödəniş az yazdığı üçün - VİDEO

Taksi sürücüsü qadın sərnişinə ucuz ödəniş göstəricisinə görə hücum edib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Nijni Novqorod şəhərində baş verib.
Zərərçəkən qadın sərnişinin sözlərinə görə, o, özünü pis hiss etdiyinə görə “Yandeks.Taksi”nin xidmətindən istifadə etmək qərarına gəlib. Sürücünü isə gediş üçün ödəniş göstəricisinin həddən artıq aşağı olması (11 km üçün cəmi 273 rubl (təxminən 7 Azərbaycan manatı)) özündən çıxarıb. Qeyd edək ki, sifarişə çıxarkən sürücülərə marşrutun sonu və yekun məbləğ barədə məlumat verilmir.
Sürücü əvvəlcə kobud formada qadından sifarişdən imtina etməyi tələb edib. Qadın əvəzində növbəti taksini gözləmək üçün küçədə qalmamaq məqsədilə ondan hələlik maşında qalmağı xahiş edib. Bu zaman sürücü qadına qarşı zor tətbiq edərək onu avtomobildən çıxarıb və bir neçə dəfə zərbə endirib.
Hadisədən sonra sürücü artıq "YandeksTaksi”dən qovulub. Bundan əlavə, onun barəsində polisə şikayət ərizəsi verilib.
Qeyd edək ki, tezliklə Rusiyada taksilərin dövlət tənzimlənməsi barədə qanun qüvvəyə minməlidir. Bu qanun onlayn-aqreqatorları sürücülər tərəfindən törədilən cinayətlərə görə cavabdeh olmağa məcbur edir.
İlkin
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












