Taksi sürücüsündən sərnişinlərə unikal etiraz: “Əlavə suallara ehtiyac yoxdur” - FOTO

Paytaxtda taksi sürücülərindən birinin sərnişinlərin tez-tez verdiyi suallara fərqli yanaşması diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüdə sürücü avtomobilinin salonunda yerləşdirdiyi yazı vasitəsilə gündəlik olaraq qarşılaşdığı sualları əvvəlcədən cavablandırıb. Belə ki, mətndə avtomobilin şəxsi deyil, şirkətə məxsus olduğu, yanacaq sərfiyyatının təxminən 100 kilometrə 4-5 litr təşkil etdiyi, elektriklə hərəkət məsafəsinin 55 kilometr olduğu qeyd olunub. Eyni zamanda sürücü taksidə qazancının olub-olmaması ilə bağlı suallara da “şükür var” cavabını verib.
Yazının sonunda isə sərnişinlərə əlavə sual verməmək çağırışı edilərək “Əlavə suallara ehtiyac yoxdur, yaxşı yol” ifadəsi yer alıb.
Sözügedən görüntü qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu sürücünün yumor hissi kimi qiymətləndirsə də, digərləri sərnişinlərlə ünsiyyət baxımından maraqlı və praktik yanaşma olduğunu bildiriblər.
Eltac Zülfüqaroğlu

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












