Təbii fəlakətlər 410 min insanın həyatına son qoyub

Ötən 10 il ərzində dünyada iqlim dəyişikliyi ilə bağlı təbii kataklizmlər və fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub.
Unikal.org xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş İqlim Dəyişikliyinə Adaptasiya üzrə Sammitdə çıxış edərkən deyib. Onun sözlərinə görə, dünya misli görünməmiş ekstremal iqlim təzahürlərinə şahidlik edir.
“Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, son 50 il ərzində hava, iqlim və su faktorları ilə bağlı 11 mindən çox təbii fəlakət baş verib”, - deyə Antoniu Quterriş bildirib.
BMT-nin Baş katibi həmin illər ərzində təbii fəlakətlərin aradan qaldırılması üzrə tədbirlərə 3,6 trilyon dollar vəsait xərcləndiyini vurğulayaraq deyib: “Ekstremal hava və iqlim şəraiti ilə bağlı fəlakətlər son on illər ərzində 410 mindən çox insanın həyatına son qoyub. Həlak olanların böyük əksəriyyəti aşağı və orta gəlir səviyyəsi olan ölkələrin payına düşür”.
Antoniu Quterriş, həmçinin “ehtiyacımız olan aşağı karbonlu və yüksək dayanıqlı gələcəyə təkan vermək” məqsədilə dünyanın COVID-19 pandemiyasından bərpa olunmasının maliyyələşməsi üçün trilyonlara ehtiyac olduğunu bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












