Təyyarəni gəmi kimi suda üzdürdü – VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təyyarəni daş kimi suyun səthində süzdürdü. Böyük Britaniyada bir pilot həm bacarığı, həm də məlsuliyyətsizliyi ilə xəbər başlığına çevrilib. Kiçik mühərrikli təyyarəni bir neçə dəfə gölün səthinə endirən, daha sonra yenidən havaya qaldıran pilotun bu bacarığı onu məhkəməlik edib.
Ulsvoter bölgəsində təhlükəli şou göstərməyə qərar verən pilot, öz çıxışı ilə izləyənlərə həyəcanlı anlar yaşadıb. O ilk dəfə təyyarəni gölə endirəndə insanlar qəza baş verdiyini düşünsələr də, tezliklə vəziyyətin başqa cür olduğunu anlayıblar. Təyyarə amfibiya olmasa da, adrenalin həvəskarı olan pilot onu gölün səthində qayıq kimi üzdürməyə müvəffəq olub. Üstəgəl o təyyarənin batmasına imkan verməyərək, yenidən havaya qalxa bilib.
Ölkədə rezonans yaradan hadisə əlaqədar qurumları hərəkətə keçirib. Pilotun adı açıqlanmasa da, mülki aviasiya idarəsi bu çılğın təyyarəçi ilə bağlı araşdırmalara başlayıb. Dövlət mülkünü təhlükəyə atdığı görüntülərdə aydın əks olunan pilotun çıxışını “intihara təşəbbüs” kimi qiymətləndirmək də olar. Hər halda, onun hansı əmələ görə hansı cəzanı alacağına məhkəmə, ən yaxşı halda isə aviasiya idarəsi qərar verəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












