Təyyarənin arxasınca sürüşüb rekord vurdu - VİDEO

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, təyyarənin arxasınca sürüşərək sürət rekordu vurdu. Böyük Britaniyalı Ceymi Barrou qeyri-adi çıxışla adını ginesin rekordlar kitabına yazdırıb. Ötən il avtomobilin arxasına bərkidilmiş kəndirdən yapışmaqla snoubordla 100 km/saata yaxın sürət yığan Ceymi, bu dəfə təyyarə sayəsində daha yüksək sürət yığıb. Rekord cəhdi İsveçrənin Enqadin hava limanında gerçəkləşib. Kiçik mühərrikli təyyarəyə birləşdirilən kəndirdən yapışan britaniyalı hava nəqliyyatı ilə birgə qar üzərində sürüşməyə başlayıb. 1200 at gücündə olan təyyarə sürətləndikcə, snoubordçu həm rekorda, həm də ölümə bir az da yaxınlaşıb. Sürətplçən cihaz saatda 125 km-i göstərəndə, hələ də salamat olan britaniyalı dünyada analoqu olmayan rekorda imza atıb. Kənardan izləyənlərə asan gələn sürüşmənin tükürpədici tərəfləri də var. Belə ki, 125 km sürətlə sürüşən insanın müvazinətini itirməsi ölümlə nəticələnə bilərdi. Belə vəziyyətdə onu təhlükəsizlik kəməri, nə də hava yastığı qoruyacaqdı. Bununla belə yeni dünya rekordu vuran Ceymi Barrou deyəsən qorxana oxşamır. O qarşıdan gələn aylarda daha çox məşq edərək, təyyarə ilə daha təhlükəli rekordlar vurmağa çalışacaq. Ceyminin növbəti rekord cəhdində təyyarə bu dəfə yerlə yox, göylə hərəkət edəcək.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO










