Təyyarənin qapısı açıq qaldı - geri döndü - VİDEO

Cənubi Koreyanın Jin Air kompaniyasının səmada olan təyyarəsi açıq qalan qapıya görə Sebu aeraportuna qayıtmalı olub. Hadisə Sebu (Filippin)-Pusan (Cənubi Koreya) marşrutu üzrə hərəkət edən təyyarədə qeydə alınıb. Uçuşdan sonra ön qapıda güclü səs eşidilməyə başlanılıb. Eyni zamanda kabinədə təzyiq sürətlə aşağı düşüb. Yarım saatdan sonra laynerin komandiri geri qayıtmaq barədə qərar verir. Göyərtədə olan 163 sərnişin başqa təyyarəyə yerləşdirilirlər. Təyyarədə olan sərnişinlərin çoxu güclü baş ağrısından şikayət edib. İlkin məlumatlara görə, təyyarənin qapısı lazımi qaydada bağlanmayıbmış. "Səs ehtimal ki, sona qədər bağlanmayan qapının açıq qalan hissəsindən gəlirmiş. Göstəricilər təzyiqin kəskin şəkildə aşağı düşdüyünü göstərdiyindən biz geri qayıtmaq məcburiyyətində qaldıq", deyə avikompaniyanın nümayəndəsi bildirib. Sərnişinlər də açıq qalmış qapı versiyasını təsdiqləyiblər. Müştərilərdən biri bildirib ki, qapı barmaq enində açıq qalmışdı. O həmçinin bir çoxlarının başının ağradığını, uşaqların da ağladığını bildirib. Hadisə ilə əlaqədar istintaqa başlanılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












