Təzə avtobuslarda itlər üçün də yer varmış - FOTO

Bakıda xəttə buraxılan yeni avtobuslar sərnişinlər arasında çaşqınlıq yaradıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, yeni avtobuslarda qoyulan it şəkli problemlər yaradıb. Bu barədə Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir öz “facebook” səhifəsində yazıb: "65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar".
Maraqlıdır, doğrudanmı yeni avtobusda it şəkli vurulan yer itlər və digər ev heyvanları üçün nəzərdə tutulub? Məsələyə 65 saylı avtobus xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov aydınlıq gətirib: “Yeni avtobuslarda vurulan it şəkli onu göstərir ki, əgər qucağında ev heyvanı saxlayan sərnişin minərsə, həmin yerdə dayanmalıdır. Türkiyədə və başqa ölkələrdə bir çox insan it və pişiklə birlikdə nəqliyyata minirlər. Görünür, bu, bizim sərnişinlər üçün qəribə gəlib. Mən göstəriş verəcəyəm ki, bu gündən həmin şəkil avtobuslardan götürülsün. Həmin yerdə əlində heyvan tutmayan sərnişinlər də dayana bilər”.
Şöbə müdiri onu da əlavə edib ki, yeni avtobuslardan əlillərin istifadəsi üçün də şərait yaradılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












