Tokio yaxınlığında meteorit parçaları tapıldı

İyulun əvvəllərində Yaponiyanın bir çox ərazilərindən səmada gecə vaxtı müşahidə edilmiş parıltıya səbəb olan meteoritin iki parçası Tokio yaxınlığında aşkar edilib. Meteorit iyulun 2-də səhər saat 2:30 radələrində Yaponiyanın şərqində yerləşən Kanto regionunda müşahidə edilib. Həmin vaxt Çiba prefekturasının Naraşino şəhərinin sakini səmada güclü partlayış səsi eşidib. Həmin şəxsin sonradan çoxmərtəbəli evin girişində yerləşən bağda iki daş parçası tapdığı da bildirilir. Bu şəxs həmin daşlar barədə yaxınlıqda yerləşən muzeyə xəbər verib. Tokio Təbiət və Elm Muzeyinin əməkdaşları üzərində olan əlamətlərə görə bu daşların meteorit parçası olduğunu bildiriblər. Belə ki, həmin daşların üzərində ərintilər var. Bununla yanaşı, həmin daşlar radiasiya şüalarına malikdirlər ki, bu da onların kosmik mənşəli olduğunu təsdiq edir. (Modern.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












