Traktoru oyuncaq kimi oynadan uşaq - VİDEO

10 yaşlı uşaq azı 10 tonluq traktoru oyuncaq kimi oynadır. Hindistanın Maharaştra ştatında yaşayan Ratnacit adlı uşaq traktor idarə etməyi azmış kimi, çətin fəndlər göstərməyi də bacarır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 7 yaşından texnikaya olan marağı ilə dünyaya ad salan uşaq, indi ağır texnika ilə nömrə göstərir. Ratancitin sükan arxasında ustalaşması yerli sakinlərin də marağına səbəb olub. Onun həqiqətən də traktoru bu qədər peşəkarlıqla idarə etməsinə inanmayanlar kəndə gələrək, azyaşlı ilə şəxsən tanış olur. Traktor idarə etməyi hələ bağçada oxuyarkən öyrəndiyini deyən Ratancit indi sözügedən texnikanın hər bir sirrinə bələd olduğunu deyir. Bu bacarığını isə o daha çox əmisinə borcludur. Valideynləri onun bu qədər kiçik yaşda traktorla şou göstərmək sevdasına düşdüyünü görəndə danlayıblar. Amma əmisi uşağın qeyri-adi bacarğını inkişaf edirmək qərarına gəlib. Traktorla necə davranmalı olduğunu Ratnacitə başa salan əmi onun sayəsində öz də məşhurlaşıb. Maraqlıdır ki, indi Ratnacitin yaşda daha kiçik olan qohumu onun yolu ilə gedir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












